logo

Praktiki HR məktəbi

Konfutsi:

“İnsanları təhsilsiz müharibəyə göndərmək – onları satmaq deməkdir“

 

 

�м�

 

 

 

 

 

 

 

 

Bakı şəh.

2013

 

HR MƏKTƏBİ HAQQINDA

 

Məktəbin məqsədi

 

Şirkətdə personalın idarə edilməsi sisteminin təkmilləşdirilməsi üzrə biliklərin artırılması və təcrübi tövsiyələrin əldə edilməsi imkanlarının yaradılması.

 

Məktəbin mahiyyəti

Son zamanlarda yerli şirkətlərdə insan resurslarının idarə edilməsi üzrə ixtisaslaşmış mütəxəssislərə tələbat artmışdır. “HR-menecer”, “HR-mütəxəssis” vəzifələri şirkətlərdə heç tərəddüdsüz strateji partnyor mövqeyini tutur. Buna müvafiq olaraq, gündən-günə insan resurslarının idarə edilməsi üzrə mütəxəssislərin peşəkar hazırlığına da tələbat yaranır. Bu gün bu tələbat göz qabağındadır və müxtəlif proqram və təlimlərin təklif olunmasına baxmayaraq, hələ də tam ödənilməmişdir. İxtisaslaşdırılmış HR-mütəxəssisə tələbat bir tərəfdən insan resurslarının optimallaşdırılmasında effektiv kadr siyasətini təmin etmə zərurəti yarandıqda, digər tərəfdən isə əmək müfəttişliyi tərəfindən cərimələrin sərtləşdirilməsi halında hər bir şirkət rəhbərinin effektiv kadr siyasəti və kadr kargüzarlığı sisteminə sahib olmağa çalışması ilə aktuallaşır.

 

Biznesin bü günkü tələblərinə cavab verərək, «Allianz Concult»  bir daha HR-mütəxəssisləri üçün sınanmış modullu təhsil konsepsiyası ilə çıxış edir. Bu, HR-mütəxəssislərinin hazırlığına sistematik yanaşmadır – eyni zamanda ayrı-ayrı modulların ehtiva etdiyi bütün lazımi təlimat və prosedurların konsaltinqi-işlənməsini də əhatə edən, insan resurslarının idarə edilməsi üzrə menecer və mütəxəssislərin peşəkar inkişafı üzrə modullu proqramdır. Məktəbin tədris proqramında təhsil bazarının xüsusiyyətləri, HR-menecerlərin tələbləri və sahibkarların personalın idarə edilməsi üzrə yaxşı bir mütəxəssisdə axtardıqları xüsusiyyətlər və bu istiqamətdə “arzuları” nəzərə alınmışdır.

 

HR-məktəbinin yaranması fikri ekspertlər, instruktorlar və mütəxəssislərdən ibarət komandanın Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsinin inkişafına maksimal dərəcədə yardım etmək və şirkətlərin öz məqsədlərinə çatması üçün şirkət sahiblərini HR-mütəxəssislərinin peşəkar hazırlıq səviyyəsini artırmağa həvəsləndirmək səyləri nəticəsində yaranmışdır.

 

Məktəbin əsas üstünlükləri

  1. Məktəb “nəzəriyədən praktikaya” formatında  təlim keçməyə imkan yaradır. Təlim iki mərhələdən ibarətdir: insan resurslarının idarə olunması sisteminin əsaslarını əhatə edən giriş proqramı və müxtəlif HR-alətlərin hazırlanması, tətbiqi və inkişafına dair praktiki tövsiyyələr verən  praktiki proqram.
  2. Məktəb biznes-instruktoru ilə individual konsultasiya imkanı verir. Hər bir kursant tematik təlim kursu çərçivəsində şirkətin xüsusiyyətlərinə və ya mövcud vəziyyətinə uyğun bir saatlıq fərdi konsaltinq seansı keçə bilər. Yəni hər bir kursant yalnız təhsil almır, o həm də özü və şirkəti üçün aktual olan suallar və ya vəziyyətləri individual olaraq müzakirə edə bilər.
  3. Məktəb personalın idarə edilməsi sisteminin əsaslarını Azərbaycanın yerli qanunvericilik və reallığı prizmasından əldə etməyə imkan yaradır.
  4. Məktəb iştirakçılara insan resurslarının idarə olunması sahəsində yüksək ixtisaslı milli biznes-təlimçilərlə qarşılıqlı ünsiyyətdə olmaq imkanı yaradacaqdır.
  5. Nəhayət, məktəb kursantların personalın effektiv idarə edilməsi üçün lazımi bütün şablon formaları, sxemləri, modelləri, sual vərəqələrini, sənədləri əldə etməsinə imkan yaradır. Yəni təlimlərdən, seminarlardan və tədris kurslarından fərqli olaraq, nəzəri biliklər və təcrübi tövsiyələrdən əlavə kursant tədris edilən mövzu üzrə bütün şablon sənədləri əldə edir. Yəni həm kursant, həm də şirkət nümunəvi standartlar, qaydalar, prosedurlar, formalar və personalın idarə edilməsi üzrə digər HR-alətlərini əldə etməyə imkanı qazanır.

 

 

HR məktəbinin məzunları

Bu günə kimi müxtəlif proqramlar tətbiq edən (HR-məktəbi, Yay məktəbləri, təlimlər, konsaltinqlər, korporativ tədbirlər, rekrutinq) məktəb təşkilatçıları xüsusən HR-alətlərinin inkişafında, bütövlükdə isə HR-mədəniyyətinin yayılmasında böyük təcrübəyə malikdirlər. Təklif olunan HR-məktəbi konsepsiyası 2008-ci ildən inkişaf edir və sayca 5-dir. HR məktəbinin məzunları:

 

AG Bank, Aqua Vita, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, AREVA, Ateshgah Sığorta, Azerfon, Azərpoçt, Aztelekom, Baker Tilly Azərbaycan, Bank of Baku, Bank Respublika, Hertel, Bank Standard, BƏHM, Black Sea Terminale LLC (Georgia), BTRİB, Danone, DRİ, Encotec, Hyundai, AR Mərkəzi nəzdində Azərbaycan İpoteka Fondu, Muğan Bank, AR Dövlət Neft Fondu, OMG İnternational, Paşa Holding, Paşa Sığorta, Silkway Bank, Sinteks, Sterling Group, Strabag, Swift Engineering, TBC Kredit, Toyota Baku, Unileasing, Mazarina, Crystal Motors və s.

 

Məktəbin əsas iştirakcıları

Bu Proqram personalın mütəşəkkil idarə edilməsi sistemini inkişaf etdirən yaxud bu sistemə keçid mərhələsində olan şirkətlərin mütəxəssisləri,  mövcud bilikləri sistemləşdirmək yaxud HR sisteminə “bütöv bir sistem” kimi baxmaq arzusunda olan HR-xidmətləri mütəxəssisləri, eləcə də yeni başlayan HR-mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

 

HR məktəbin məzunlarının fikirləri

 

Hörmətli Təşkilatçılar, Rəhbərlər, həmçinin Təlimçilər!

Indiki dövrdə belə tələb olunan HR Məktəbi kimi layihəni həyata keçirdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.  Şəxsən mən bu təlimlərdə iştirak etməklə çox faydalı və ətraflı informasiya əldə etdim. Həmçinin, məktəbin iştirakçıları ilə ünsiyyətdə olmaq mənim üçün çox xoş idi. Hər kəsə uğurlar arzu edirəm! 

 

Hörmətlə, Xəzər Bünyadov 

HR administrator

 

Yalnız təşəkkür etmək maraqsız və şablon olardı. Xüsusilə mənim üçün.  Belə ki mən bu sahədə tamamilə yeniyəm. Lakin, məhz bu məktəbin sayəsində mənim  həqiqətən də maraqlı və kreativ sahə olan HR sahəsinə marağım daha da artdı. Mən işdə HR fayllar, şəxsi işlər, jurnallar və.s hazırlamağa başladım.

Əvvəlcə mən düşündüm ki, məktəbin yeganə çatışmazlığı nəzəriyyənin az olması idi. Lakin, kursun sonunda başa düşdüm ki, nəzəriyyəni əmək məcəlləsindən də öyrənmək olar, amma sizin verdiyiniz təcrübi biliklər  həqiqətən də, dünyagörüşü və  bu sahəyə baxışı dəyişir. Təşəkkür edirəm!!!

Nəcəfova Samirə

HR Manager

AREVA

�м�

 

İlk öncə Allianz Consult şirkətini bu uğurlu layihə münasibətilə təbrik edirəm! 

Həmçinin, bütün təlimçilərə öz minnətdarlığımı bildirirəm! Gənc olmağınıza baxmayaraq, Siz qətiyyətli addımlarla irəliləyirsiniz.

Ümid edirəm ki, HR məktəbi mənə gələcək karyeramda çox kömək olacaq və bu Sizin sonuncu layihəniz olmayacaq!

Hörmətlə,

Məktəbin ilk məzunlarından biri,


Günel Tağıyeva

HR mütəxəssis

AR Neft Fondu  

�м�

Bu təlimlərdə mənim üçün ən maraqlı olan qeyri-adi və çox maraqlı ev tapşırıqları idi.  Mənim üçün hər bir iştirakçıya ayrıca diqqət yetirən belə təcrübəli və savadlı mütəxəssislərlə işləmək həqiqətən də çox xoş idi.   Düşnürəm ki, bu çox vacib məqamdır.

Mən əminəm ki, mənim kimi hər bir iştirakçı da bir çox yeniliklər öyrəndi. Bütün iştirakçılara öz təcrübə  və biliklərini bölüdükləri üçün təşəkkür edirəm.  

Bütün müəllimlərə və HR məktəbin yaradıcılarına belə möhtəşəm iş üçün xüsusi təşəkkür edirəm.

Sizə sağlamlıq, xoşbəxtlik və peşəkar fəaliyyətinizdə uğurlar arzu edirəm. 

İlk məzunları təbrik edirəm!


Hörmətlə, 

Kama

HR Manager

Toyota Center Baku

�м�

Hörmətli Təşkilatçılar, Rəhbərlər, həmçinin Təlimçilər!

Indiki dövrdə belə tələb olunan HR Məktəbi kimi layihəni həyata keçirdiyiniz üçün Sizə təşəkkürümü bildirirəm.  Şəxsən mən bu təlimlərdə iştirak etməklə çox faydalı və ətraflı informasiya əldə etdim. Həmçinin, məktəbin iştirakçıları ilə ünsiyyətdə olmaq mənim üçün çox xoş idi. Hər kəsə uğurlar arzu edirəm! 

 

Hörmətlə,

Xəzər Bünyadov 

HR administrator

ENCOTEC

 

�м�

İlk növbədə HR-Məktəbin yaradıcılarına göstərdikləri əməyə, hər bir məşğələdə iştiraklarına, hər birimizin peşəkarlığımızın artmasında göstərdikləri marağa, bizi öyrətməkdən ötrü sərf etdikləri vaxta görə təşəkkürümü bildirirəm!

Məktəb barəsində bunları  demək istərdim: «Kadr işgüzarlığı» adlı ilk modulu öyrənməyə başlayanda, mən istər sənədlərlə, istərsə də kollektivlə iş ilə bağlı çoxlu yenilikliklərə yiyələndim.

Praktiki və ev tapşırıqları bizə öz imkanlarımızı üzə çıxarmağa və gələckdə bizə yararlı olacaq və çətin vəziyyətlərdə köməyimizə çatacaq biliklər əldə etməyə imkan yaradırdı.

Mənim üçün ən möhtəşəm animtahan günüdəki  son görüş idi! Bizlərdən çoxu artıq çoxdan bakalavr və magistr dərəcələrini bitirib lakin, dövlət imtahanlarından bu günədək ilk dəfə idi ki, bu qədər həyəcanlanırdım.

Düşünürəm ki, bunlara görə biz HR-Məktəbin yaradıcılarına minnətdar olmalıyıq!

Məktəbin ilk məzunlarını təbrik edirəm! 

 

Allianz Consult, Sizə isə müvəffəqiyyətlər və uzun ömür arzu edirəm!

 

Hörmətlə,

Elnarə Məmmədova

HR Manager

Unileasing

Ð�мÑ�        

İlk öncə qeyd etmək istərdim ki, 3 ay əvvəl mən digər təklimlərdə də iştirak etmişdim. Məktəbdə məşğələlərə başlayan zaman düşünürüm ki, hər şey ötən təlimlərdəki səviyyədə və ab-havada keçəcəkdir.  Lakin, mən  yanıldığımı elə ən başda anladım. 

Bu məktəbdə mən yüksək mədəniyyət, səviyyə, bilik və sözlə ifadə edilə bilməyən digər məqamları gördüm. Bütün təşkilatçılara, müəllimlərə və iştirakçılara öz dərin minnətdarlığımı bildirirəm. Mən bu günkü uğurlarımı Sizə borcluyam.

 

Hörmətlə,

 

Bahar Əliyeva

HR Manager

Mugan Bank

 

�м�

 

 

Ekspertlər/Təlimçilər

 

Araz Paşayev – AR Dövlət Pedagoji Universitetinin “Tarix” fakultəsi və AR Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Hüquq” üzrə bakalavr dərəcəsi, Bakı Dövlət Universitetinin “Tarix” üzrə və Azərbaycan Dövlət İqtisad Universitetinin MBA ixtisası üzrə magistr dərəcəsinə malik Araz Paşayev insan resurslarının idarə edilməsi sahəsində mütəxəssis səviyyəsinə yüksəlmişdir. Bank, sığorta, telekommunikasiya, tibb, dövlət sektorlarında bir çox layihələri uğurla həyata keçirmişdir. Bunlara misal olaraq, “İşçilərin məşğuluq sorğusu və motivasiya sisteminin yaradılma”, “Qreyding sisteminin yaradılması və həyata keçirilməsi”, “HR School”, “Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət İnvestisyaları üzrə Kadr Potensialının Gücləndirilməsi” layihələrini, bir sıra şirkətlərdə İR Departamentinin yaradılmasını həyata keçirmişdir.

 

Fəzilə Əsgərova Azərbaycan Dövlət Dillər Universitetini bitirən Fəzilə Əsgərova psixologiya və insan resurslarının idarə edilməsi üzrə Almaniyada və ABŞ-da çoxsaylı təlim kursları bitirmişdir. Əmək fəaliyyətinə müxtəlif xarici şirkətlərdə Baş Menecerin köməkçisi başlamış 2002-ci ildən başlayaraq bank sektorında insan resursları üzrə mütəxəssis vəzifəsində işləməyə başlamış və 2008-ci ilədək bu bankda insan resursları meneceri vəzifəsinədək yüksəlmiş və sonradan öz fəaliyyətini digər bankda insan resurslarının idarə edilməsi departamentinin direktoru vəzifəsində davam etdirir. 15 illik iş təcrübəsinə malik olan təlimçi bu gün Azərbaycanda insan resurslarının idarə edilməsi sahəsində tanınmış mütəxəssislərdən biridir.

 

Rauf Məcidbəyli – İxtisasca hüquqşünas-magistr olan Rauf Məcidbəyli Xəzər Universitetinin məzunudur və uzun müddət idarəetmə münasibətləri sahəsində təcrübəyə malikdir. Litva Dövlət İdarəçilik İnstitutu tərəfindən “İnsan resurslarının müasir idarə edilməsi” mövzusunda keçirilmiş təlimdə, Cənubi Koreyannın (Koreya Respublikasının) Beynəlxalq Stajkeçmə və İxtisasartırma İnstitutu (COTİ) tərəfindən “Dövlət qulluğunda insan resurslarının idarəedilməsi və inkişaf etdirilməsi” mövzusu üzrə keçirilmiş stajkeçmə kursunda və digər çoxsaylı təlim və inkişaf proqramlarında iştirak etmişdir.

Təlimlərin keçirilməsi sahəsində də böyük tərübəyə malikdir. 2000-ci ildən təlimlərin keçirilməsi ilə, son yeddi il müddətdə isə birbaşa insan resurslarının idarə edilməsi məsələləri ilə məşğul olur. Fəaliyyəti dövründə dövlət hakimiyyətinin konstitusiya əsasları, insan və vətəndaş hüquq və azadlıqları, əmək qanunvericiliyinin tətbiqi xüsusiyyətləri, dövlət kadr siyasətinin əsasları, dövlət qulluğunu tənzimlənmə institutları, dövlət qulluqçularının etik davranış qaydaları və s. mövzularda müxtəlif təyinatlı hədəf qrupları üçün çoxsaylı təlimlər keçirmişdir.

 

Məktəbin müddəti – Noyabr - Dekabr 2013-cü il.

 

HR Məktəbinin proqramının moduları

 

  • Təlim proqramına giriş;
  • Əmək Qanunvericiliyi;
  • İşə qəbul və seçim;
  • Adaptasiya və işçi münasibətləri;
  • Fəliyyətin qiymətləndirilməsi;
  • Əməkhaqqı, işçilərin mükafatlandırılması və saxlanılması;
  • Təlim, tədris və inkişaf;
  • Motivasiya.

 

Programın təsviri

 

Modul 1 – Əmək Qanunvericiliyi”

 

  • Müəssisənin strukturu (müəssisənin ştat cədvəli, rəqabət qabiliyyətli əmək haqqı siyasəti, İR ilə işin ixtisaslaşmış təşkili-İR departamentinin yaradılmasının hüquqi əsasları, vəzifələri, daxili struktur bölmələri və əsas istiqamətləri)
  • AR qanunvericilik sisteminə daxil olan aktlar (əmək hüquq münasibətlərinin qanunvericilik əsasları, əməyin beynəlxalq hüquqi tənzimlməsi, əmək qanunvericiliyinin məqsədi, predmeti və prinsipləri, əmək hüquq münasibatlərinin iştirakçıları/subyektləri)
  • Əmək müqaviləsi (əmək müqaviləsini necə bağlamaq lazımdır, əmək müqaviləsi bağlanarkən işçidən hansı sənədlər tələb olunur, əmək müqaviləsinə necə düzgün xitam vermək lazımdır, işəgötürən tərəfindən işçinin düzgün rəsmiləşdirilməsi)
  • Əmrlər (əmrlərin növləri, əmrlərə tələblər, mütlək və fakultativ əmrlər)
  • Əmək kitabçaları (doldurma qaydaları və onların uçotu)
  • Əmək məzuniyyətləri (əmək məzuniyətlərinin verilməsi və onların uçotu, əmək məzuniyyətlərinin kompensasiyası)

Təlimçi: Rauf Məcidbəyli

Tarix: 28 noyabr, 5, 12, 19 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 16 saat

Qiymət: 425 AZN

Modul 2 – İşə qəbul və seçim”

  • İşçilərin seçilməsi
  • Qanun, səlahiyyət, prosedur, standartlar
  • İşçilərin planlaşdırılması
  • Namizədin profili: xüsusiyyətlər və öhdəliklər
  • Seçim mərhələsində namizədlərin qiymətləndirilməsi: mərhələlər, növlər, usullar
  • Müsahibə növləri
  • Namizədə dair razılaşdırma və təsdiq

Təlimçi: Araz Paşayev

Tarix: 29 noyabr, 6, 13, 20, 21 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 20 saat

Qiymət: 475 AZN

Modul 3 – Adaptasiya və işçi münasibətləri”

  • Adaptasiya və ya  “işçinin seçimindən sonar nə etməli?”
  • Adaptasiyanın növləri: korporativ, sosial, təşkilati, texniki (texnoloji), peşəkar, psixofizioloji adaptasiya
  • Situativ-təşkilatdaxili adaptasiya: bir neçə şirkətin birləşməsi şəraitində kollektivin  adaptasiyası, “köhnə” əməkdaşın yeni vəzifəyə adaptasiyası; kollektivin yeni rəhbərliyə uyğunlaşması
  • Azərbaycan reallığında işçi adaptasiyası

Təlimçi: Fəzilə Əskərova

Tarix: 25 noyabr, 2, 9, 16 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 16 saat

Qiymət: 425 AZN

 

Modul 4 – Fəliyyətin qiymətləndirilməsi”

  • Fəaliyyətin qiymətləndirilməsinin əsasları
  • Qiymətləndirmə parametrləri
  • Qiymətləndirən və onun rolu
  • Qiymətləndirmə nəticələrinin fəaliyyətin təkmilləşməsinə təsiri
  • Praktiki məşğələ
  • Fəaliyyətin qiymətləndirilməsi prosesində ünsiyyət

Təlimçi: Fəzilə Əskərova

Tarix: 26 noyabr, 3 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 8 saat

Qiymət: 325 AZN

Modul 5 – Əməkhaqqı, işçilərin mükafatlandırılması və saxlanılması”

  • Əmək haqqı və onun formalaşması
  • Vəzifə kateqoriyalarını qurulması
  • Mukafat sistemi və onun növləri
  • İşçilərin saxlanması və onun ilkin mexanizmləri
  • Qreydinq sistemi Edvard Xey, Vatson Vayt, Merser qreydinq sistemləri
  • Bonuslar və Performans Menecement sistemi

Təlimçi: Araz Paşayev

Tarix: 29 noyabr, 6, 13, 20, 21 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 20 saat

Qiymət: 475 AZN

Modul 6 – Təlim, tədris və inkişaf”

  • Personalın inkişafı: məqsəd və vəzifələr
  • Miflər və stereotiplər
  • Təlabatların ölçməsi
  • Təlim sistemin xəritəsi
  • Personal inkişafın usulları və növləri
  • Təlimin büdcəsi
  • Prosedur, standart, əsasnamələr
  • Təlimin qiymətləndirilməsi

Təlimçi: Fəzilə Əskərova

Tarix: 27 noyabr, 4 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 8 saat

Qiymət: 325 AZN

Modul 7 – Motivasiya”

  • İşçi tələbatının müəyyən olunması
  • Motivasiya növləri
  • Fərdi motivasiyalar
  • Komanda motivasiyaları
  • Nəticəyə əsaslanan motivasiya
  • Sosial qayğı
  • İmtiyazlar

Təlimçi: Araz Paşayev

Tarix: 30 noyabr 7, 4 dekabr

Vaxt: 09:30 – 13:30

Müddət: 12 saat

Qiymət: 375 AZN